Bu gün:

ABŞ Venesueladan neft daşıyan altıncı tankeri saxlayıb


Reuters agentliyinin adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ qüvvələri Venesueladan neft daşıyan altıncı tankeri ələ keçirib. Əməliyyat Karib dənizində baş tutub, lakin gəminin adı açıqlanmayıb.

Hadisə ABŞ prezidenti Donald Trampla Venesuela müxalifət lideri Mariya Korina Maçado arasında görüş ərəfəsində baş verib. Nəşrin məlumatına görə, bu, son həftələrdə saxlanılan və Venesuela neftini daşıyan altıncı gəmidir.

Daha əvvəl ABŞ hakimiyyət orqanları bildirilib ki, onlar Venesuela nefti ilə əlaqəli daha bir neçə onlarla tankerin saxlanılması üçün məhkəmə qərarı tələb ediblər. Əsasən Vaşinqtonda rayon məhkəmələrində çoxsaylı mülki müsadirə tələbləri irəli sürülüb. Son həftələrdə ABŞ hərbi qulluqçuları beynəlxalq sularda ya Venesuela nefti daşıyan, ya da əvvəllər belə edən beş gəmini ələ keçiriblər.

Ağ Evin mətbuat katibi Kerolin Livitt daha əvvəl Vaşinqtonun Venesuelanın neft ixracını izləməyə başladığını açıqlayıb. 31 milyon barellik ilk neft partiyası artıq ABŞ-yə göndərilib və bütün əməliyyatlar Amerika hesabları vasitəsilə həyata keçirilib.

Mənbə: News.ru

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et