Bu gün:

Dövlət Dumasının Ekologiya Komitəsi sirklərdə heyvanların qadağan edilməsinə qarşı çıxıb


Dövlət Dumasının Ekologiya Komitəsi sirk tamaşaları üçün heyvanların alınmasını və ötürülməsini qadağan edən qanun layihəsinin qəbul edilməməsini tövsiyə edib. Bu barədə TASS xəbər verir.

Məsələ may ayında “Yeni insanlar” fraksiyası tərəfindən təqdim olunan qanun layihəsi ilə bağlıdır. Sənəd heyvanlarla məsuliyyətli davranış haqqında qanuna dəyişikliklər edilməsini nəzərdə tutub. Xüsusilə, sirklərdə heyvanlardan istifadənin qadağan edilməsi və onların sterilizasiyasının məcburi olması təklif olunur.

Komitədə bildirilib ki, hazırkı qanunvericilik artıq sirklərdə heyvanların saxlanmasını tənzimləyir. Həmçinin ekspertlər qeyd ediblər ki, yeni qanun risklərə və mənfi nəticələrə səbəb ola bilər.

Buna görə də komitə bu cür tədbirləri artıq və potensial olaraq zərərli hesab edir. Qanun layihəsi üzrə yekun qərar Dövlət Dumasında birinci oxunuşda qəbul ediləcək.

Mənbə: ti71.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et