Türkiyənin tanınmış aktyoru Oktay Kaynarca və müğənni Emel Müftüoğlu məhkəmə nəzarəti altında ev dustaqlığına buraxılıblar.

Adıçəkilən şəxslər məşhurları əhatə edən narkotiklə bağlı istintaq çərçivəsində bu gün səhər saatlarında saxlanılıblar.
Aktyor Oktay Kaynarca saxlanılması ilə bağlı qısa açıqlama verərək bildirib ki, uzun illərdir narkotik maddələrə qarşı mübarizə aparır və bu istiqamətdə keçirilən əməliyyatları dəstəkləyir.
Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-2025 dövründə ölkə üzrə narkotiklə bağlı cinayətlərə görə 80775-dən çox şəxs həbs edilib.
Aminə Paşazadə
