Baytarlar ev heyvanlarına zərər verə biləcək məhsulları adlandırıblar. Sahiblər bu məhsullara diqqət etsələr, heyvanların sağlamlığını qorumaq daha asan olar.

Çörək mədə-bağırsaq traktının fəaliyyətini pozur, köp və disbakterioz yaradır. Şokolad, soğan, sarımsaq, üzüm və kişmiş pişiklər və itlər üçün toksik olan maddələr ehtiva edir. Şəkər diabetə və dişlərin məhv olmasına səbəb ola bilər. Balıq sümükləri, eləcə də toyuq və hinduşkanın boruvari sümükləri ağız boşluğunu və daxili orqanları zədələyə bilər.
Kolbasa, sosiska və hisə verilmiş məhsullar çoxlu zərərli qatqılar ehtiva edir. Duzlu və qurudulmuş balıq böyrək çatışmazlığına gətirib çıxara bilər. Qoz-fındıq həzm pozğunluğuna, hətta bağırsağın tutulmasına səbəb olur. Südün müntəzəm istifadəsi piylənmə, köp və ya meteorizmə yol açır, — “Saratov 24” telekanalı Krasnokut rayonunun heyvan xəstəlikləri ilə mübarizə stansiyasının mütəxəssislərinin rəyinə istinadən xəbər verir.
Mənbə: nzd22.ru
Tərcümə etdi: Aysel Mehtizadə
