Qış mövsümündə uşaqlarda tənəffüs yolu infeksiyalarının artması valideynləri narahat edir. Mütəxəssislər bildirirlər ki, bu xəstəliklərin böyük hissəsi virus mənşəlidir. Buna görə də hər öskürəkdə antibiotikə müraciət etmək düzgün deyil.

Qapalı məkanlarda həddən artıq çox vaxt keçirilməsi infeksiyaların yayılmasını sürətləndirir. Burun axıntısı, öskürək, qızdırma və halsızlıq əsas əlamətlərdir, ağırlaşma hallarında isə həkim müayinəsi vacibdir. Yüngül simptomlarda uşağın evdə istirahət etməsi və müşahidə olunması kifayət edə bilər. Viral infeksiyalarda antibiotik təsirli olmadığı üçün həkim məsləhəti olmadan istifadə edilməməlidir. Gigiyena qaydalarına riayət, düzgün qidalanma və yuxu rejimi qorunmada mühüm rol oynayır. Valideynlərin məsuliyyətli yanaşması həm uşağın sağalmasını sürətləndirir, həm də xəstəliyin yayılmasının qarşısını alır.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
