Dövlət Dumasının Dövlət quruculuğu və qanunvericilik komitəsi ev heyvanlarının saxlanması qaydalarının pozulmasına görə ciddi cərimələr nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Bu barədə RİA Novosti məlumat yayıb.

Sənəddə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi təklif olunur. Ev heyvanlarının saxlanması tələblərinə əməl etməyən fiziki şəxslər 50 min rubladək cərimə oluna bilərlər. Hüquqi şəxslər üçün isə cərimə məbləği 300 min rubladək ola bilər.
Bundan başqa, inzibati məsuliyyətə cəlbetmə üçün nəzərdə tutulan müddət 60 gündən 1 ilə qədər artırılacaq. Bu, qayda pozuntularına qarşı daha effektiv mübarizə aparmağa və heyvanların hüquqlarını qorumağa imkan verəcək.
Mənbə: radio1.ru
Tərcümə etdi: Aysel Mehtizadə
