Valve şirkətinə məxsus Steam oyun platforması onlayn olan istifadəçilərin sayına görə tarixi rekordu yeniləyib.
Rəsmi statistik məlumatlara əsasən, platformada bir anda 42 milyondan artıq istifadəçi aktiv olub ki, bu da Steam-in indiyədək əldə etdiyi ən yüksək göstərici sayılır.
Məlumata görə, rekordun qeydə alındığı vaxtda milyonlarla oyunçu birbaşa oyun prosesində iştirak edib, digər istifadəçilər isə platformanın mağaza və sosial funksiyalarından yararlanıblar. Xüsusilə Counter Strike 2, Dota 2 və PUBG kimi məşhur oyunlara marağın artması bu göstəricinin formalaşmasında mühüm rol oynayıb.
Mütəxəssislər bildirirlər ki, bu nəticə PC oyun bazarında Steam-in aparıcı mövqeyini qoruduğunu və platformaya olan qlobal marağın davamlı şəkildə artdığını göstərir. Yeni rekord, eyni zamanda rəqəmsal oyun sənayesində istifadəçi aktivliyinin yüksələn xətt üzrə inkişaf etdiyini də təsdiqləyir.
Mənbə: Store.steampowered.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
