Bu gün:

BDU-da aqrar sığorta fənni tədris olunmağa başlayıb


Bakı Dövlət Universitetində 2025–2026-cı tədris ilindən etibarən magistratura pilləsində “Bitkilərin sığortalanmasında risklərin və zərərin qiymətləndirilməsi” fənni tədris edilir. Tələbələr təbiət hadisələrinin əkin sahələrinə yaratdığı riskləri qiymətləndirməyi və zərərin hesablanması metodikalarını öyrənirlər.

24media.az AZƏRTAC-a istinadla xəbər verir ki, açıq dərsdə Biologiya fakültəsinin dekanı Afət Məmmədova iqlim dəyişikliklərinin təsirinə diqqət çəkib, müstəqil ekspert Zülfü Məmmədov isə aqrar sığortanın əhəmiyyətini və son illərdə təbiət hadisələrinin artdığını bildirib.

Tələbələr dərsdə həmçinin məhsuldarlığın təyini və bitki zərərlərinin araşdırılması metodikalarını öyrəniblər. BDU gələcəkdə fənnin bakalavr pilləsində də tədrisini nəzərdə tutur ki, bu da tələbələrin praktiki bilik və bacarıqlarını artıracaq.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et