Bu gün:

“İnter” – “Napoli” oyununda qalib müəyyənləşmədi


İtaliya A Seriyasında XX turun əsas qarşılaşması futbolsevərlərin diqqət mərkəzində olub.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, turnir cədvəlinin yuxarı pillələri uğrunda mübarizə aparan “İnter” və “Napoli” komandaları bu turda bir-biri ilə qarşılaşıb.

Maraqlı və gərgin keçən oyunda hər iki kollektiv ikişər qol vurub və matç 2:2 hesabı ilə başa çatıb. Bu nəticədən sonra Milan təmsilçisi 43 xalla birinci yerdə qərarlaşıb, Neapol klubu isə 39 xalla ikinci pillədə mövqeyini qoruyub.


Arzu Qafarova 

Paylaş
Şərh əlavə et