Bu gün:

İranın qərbində 100-dən çox etirazçı saxlanılıb


IRIB-in məlumatına görə, İranın qərbindəki Lorestan əyalətində hüquq-mühafizə orqanları iğtişaşlarda iştirak edən 100-dən çox insanı saxlayıb. Etirazlar başlayandan bəri ən azı 116 nəfər ölüb, 2000-dən çox insan həbs olunub.

Məlumatda deyilir ki, Lorestan əyalətinin bir neçə şəhərində iğtişaşların yüzdən çox iştirakçısı müəyyən edilərək saxlanılıb.

Hakimiyyət orqanları saxlanılanların sayı barədə şərh verməkdən imtina etsələr də, təhlükəsizlik qüvvələri arasında itkilər barədə məlumat yayıblar. Onların hesablamalarına görə, ən azı 20 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Tehran əyalətinin yanğınsöndürmə rəisi Qüdrətullah Məhəmmədi daha əvvəl Tehran və İranın digər şəhərlərində keçirilən etirazlar zamanı ən azı 50 yanğınsöndürmə maşınına ziyan dəydiyini bildirib. O, etirazçıların təkcə maşınları yandırmadığını, həm də yanğınsöndürənlərin işinə mane olduğunu bildirib.

Daha əvvəl Baharestan əyalətinin qubernatoru Murad Moradi Karnaçi İran hüquq-mühafizə orqanlarının təxminən 100 nəfəri həbs etdiyini bildirib. Onlar kütləvi etirazlarda iştirak etməkdə və mülki şəxslərə və polis əməkdaşlarına qarşı silah istifadə etməkdə ittiham olunublar. Dekabrın sonlarında başlayan etirazlar silahlı toqquşmalara və vandalizmə çevrilib.

Mənbə: News.ru

Tərcümə etdi: Əli Balayev

Paylaş
Şərh əlavə et