İlin əvvəlindən etibarən Tatarıstan yollarında vəhşi heyvanlarla bağlı beş dəfə yol qəzası qeydə alınıb. Respublika Dövlət Yol Patrulu İdarəsi sürücülərə avtomobil idarə edərkən diqqətli olmağı tövsiyə edib.

5 yanvar tarixində Nurlat rayonunda Hyundai avtomobilinin sürücüsü qoyuna vurub. Maşın yol kənarındakı çuxura düşüb, sərnişin xəsarət alıb.
Sürücülərdən xahiş olunur ki, sürəti nəzarətdə saxlasınlar: əgər heyvan yolun yaxınlığında və ya yolda görünərsə, sürəti azaltmaq, hətta avtomobili dayandırmaq və flaş işıqlarını yandırmaq lazımdır. Həmçinin, birdən istiqaməti dəyişmək olmaz – çox hallarda sürücü və sərnişinlər heyvana vurmaqdan deyil, qarşı zolağa çıxmaq, maşının aşması, yol kənarına çıxmaq və ya maneəyə dəyərək xəsarət alırlar.
Mənbə: rt-online.ru
Tərcümə etdi: Aysel Mehtizadə
