Qalatasaray Turkcell Super Kubokunun finalında "Fənərbaxça"-ya 2-0 hesabı ilə uduzaraq kuboku başı üzərinə qaldıra bilməyib.

Bu, sarı-qırmızıların 28-ci dəfə finalda iştirak etdiyi və 11-ci dəfə meydandan kədərli ayrıldıqları oyun olub. "Fənərbaxça" derbiyə yüksək təzyiqlə başlayıb. İlk mərhələlərdə "Fənərbaxça" topa sahib olub və "Qalatasaray"-a qarşı çoxsaylı qol imkanları yaradıb. Komanda 28-ci dəqiqədə Matteo Guendouzi ilə hesabda irəli çıxıb və fasiləyə 0-1 hesabı ilə yollanıb.
"Fənərbaxça" ikinci hissədə təzyiqini artırıb və 48-ci dəqiqədə Ceyden Oostervoldenin qolu ilə hesabı 2-0-a çatdırıb. "Qalatasaray" matçın qalan hissəsində rəqibinin müdafiəsini dağıda bilməyib və nəticədə 2-0 hesabı ilə məğlub olub.
Mənbə: TRT Spor
Tərcümə etdi: Zeynəb Şahmarova
