24media.az "Report"-a istinadən xəbər verir ki, Masazırda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı bir nəfər zəhərlənib.

Hadisə Masazır qəsəbəsində qeydə alınıb. Məlumata görə, çoxmərtəbəli binanın mənzillərindən birində alov başlayıb və nəticədə bir nəfər tüstü qazından zəhərlənərək təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Yanğın söndürülüb və müvafiq xidmətlər hadisə yerində araşdırma aparır. Hazırda yanğının baş vermə səbəbləri müəyyənləşdirilir.
Səidə Abasova
