Bu gün Yupiter səma həvəskarlarının diqqətini cəlb edir.
Planet Yer və Günəşlə eyni xətt üzərində yerləşib, bu vəziyyət Yupiterin gecə səmasında daha böyük və parlaq görünməsinə şərait yaradır.
Astronomların məlumatlarına görə, bu mövqedə Yupiterin parlaqlığı maksimum səviyyəyə çatıb. Planet adi gecələrlə müqayisədə daha iri disk şəklində görünür və səmanın ən diqqətçəkən obyektlərindən birinə çevrilir. Bu mənzərəni müşahidə etmək üçün xüsusi avadanlığa ehtiyac olmur, Yupiteri açıq havada çıplaq gözlə görmək mümkün olur.
Binokl və ya teleskopdan istifadə edən müşahidəçilər Yupiterin dörd böyük təbii peykini də seçirlər. Aydın hava şəraiti olan ərazilərdə planet gecə boyu səmanın mərkəzində qalır və müşahidə üçün əlverişli imkan yaradır. Astronomiya ilə maraqlananlar üçün bu gecə səma müşahidəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Mənbə: People.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
