Bu gün:

Qar hansı heyvanlar üçün xüsusilə təhlükəlidir


Belarusda güclü qar yağışı davam edir. Bəzi heyvanlar üçün vəziyyət daha çətin olur. Bu barədə zooloq Aleksandr Vinçevski danışıb.

Dərin qar xüsusilə kəkliklər və cüyürlər üçün təhlükəlidir. Kəkliklər cənub mənşəli quşlardır, onlar yeməyi torpaqdan tapırlar, amma yumşaq qarda batır və yemə çata bilmirlər. Bundan əlavə, kəkliklər gecəni qarda keçirirlər və şaxta ilə ərimə növbələşəndə qar buzlanaraq onlar üçün tələ yaradır. Əvvəllər insanlar kəkliklərə kömək edir, onlar üçün qabaqcadan sığınacaqlar düzəldib yem qoyurdular.

Cüyürlər üçün də güclü qar problem yaradır. Onlar qarda yatmağa dözmürlər və istirahət etmək üçün təmizlənmiş sahəyə ehtiyac duyurlar. Belə yerlər olmadıqda, qışı keçirmək onlar üçün çox çətin olur.

Mənbə: smartpress.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et