24media.az "Report"-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat nəticəsində üç nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, əməliyyat zamanı Saray qəsəbə sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov tutulublar. Onlardan ümumilikdə 12 kiloqram 962 qram narkotik maddə – marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Səidə Abasova
