Bu gün:

Niyə milyonlarla xristian Miladı 7 yanvarda qeyd edir?


Bu gün dünyada təxminən 250 milyon xristian Milad bayramını qeyd edir. Miladın məhz bu tarixdə keçirilməsi əsasən təqvim fərqi ilə əlaqədardır.

Belə ki, Şərqi Pravoslav Kilsələri və bəzi Şərqi xristian icmaları dini bayramları Yulian təqvimi əsasında qeyd edir. Yulian təqvimi müasir dövrdə istifadə olunan Qriqorian təqvimindən 13 gün geri qalır. Məhz bu səbəbdən Qriqorian təqviminə görə 25 dekabr olan Milad günü Yulian təqvimi ilə 7 yanvara təsadüf edir.

Bu ənənə Rusiya, Ukrayna, Serbiya, Gürcüstan, Ermənistan, Efiopiya, Misir və Yaxın Şərqin bəzi ölkələrində geniş şəkildə qorunub saxlanılır. Həmin ölkələrdə Milad bayramı kilsə mərasimləri, dini ayinlər və ailəvi toplantılarla qeyd olunur.

Mütəxəssislərin fikrincə, təqvim fərqləri dini ənənələrin qorunmasında mühüm rol oynayır və bu amil xristian dünyasının tarixi və mədəni müxtəlifliyini əks etdirir.

Mənbə: Al Jazeera

Tərcümə etdi: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et