Venesuelada baş verən hadisələr zamanı həyatını itirənlərin xatirəsinə ölkə üzrə yeddi günlük matəm rejimi tətbiq edilib.

24media.az AZƏRTAC-ın məlumatına əsasən xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes dövlət televiziyası VTV-yə verdiyi açıqlamada bildirib. O qeyd edib ki, qərar ölkənin müdafiəsi zamanı həlak olan vətənpərvər şəxslərin xatirəsinə ehtiram əlaməti olaraq qəbul edilib.
Delsi Rodriqesin sözlərinə görə, Venesuelanı və Prezident Nikolas Maduronu qoruyarkən həyatını itirən gənc qadın və kişilərin fədakarlığı unudulmayacaq və onların xatirəsi dövlət səviyyəsində anılacaq.
Xatırladaq ki, bundan əvvəl Kuba hökuməti ABŞ tərəfindən həyata keçirilən əməliyyat zamanı 32 kubalı zabitin həlak olduğunu açıqlayıb.
Arzu Qafarova
