Venesuelanın Ali Məhkəməsi ölkənin idarə olunmasını müvəqqəti olaraq vitse-prezident Delsi Rodriqezə həvalə edib. Qərar dövlət idarəçiliyində fasiləsizliyin təmin olunması məqsədi daşıyır və hazırkı vəziyyətlə bağlı hüquqi mexanizm kimi qiymətləndirilir.

24media.az AZƏRTAC-a istinadla xəbər verir ki, məhkəmənin qərarına əsasən vitse-prezident Delsi Rodriqez ölkənin idarə olunması, dövlət qurumlarının fəaliyyəti və milli təhlükəsizliyin qorunması ilə bağlı bütün zəruri səlahiyyətləri icra edəcək.
Eyni zamanda qərarda Prezident Nikolas Maduronun vəzifədən uzaqlaşdırılması və ya səlahiyyətlərinin ləğvi barədə hər hansı müddəa yer almayıb. Bildirilir ki, bu addım yalnız müvəqqəti xarakter daşıyır və ölkədə idarəetmənin davamlılığını təmin etməyə yönəlib.
Arzu Qafarova
