30 yaşlı aktyor Timoti Şalamen 2026-cı ilin "Tənqidçilərin Seçimi" mükafatlarında "Ən yaxşı aktyor" nominasiyasında qalib gəlib.

Şalamen mükafatı "Marty Supreme" filmindəki roluyla qazanıb. Film 1950-ci illərdə ad qazanan ambitli masa tennisçinin hekayəsindən bəhs edir.
Mərasimdə, həmçinin irlandiyalı aktrisa Cessi Bakli "Ən yaxşı aktrisa" seçilib. Britaniya dramı "Adolescence" isə "Ən yaxşı məhdud serial" da daxil olmaqla, dörd mükafata layiq görülüb.
Komik və aktrisa Çelsi Hendlerin aparıcılıq etdiyi mərasimdə tənqidçi və jurnalistlər tərəfindən ilin ən yaxşı filmləri, striminq və TV layihələri mükafatlandırılıb.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
