Bal arıların minlərlə çiçəkdən topladığı nektar əsasında yaranan təbii və qiymətli bir qida məhsuludur. O, əsrlər boyu həm qida, həm də şəfa mənbəyi kimi istifadə olunub. Balın dadı, rəngi və faydaları arıların yaşadığı coğrafiya və bitki örtüyündən asılı olaraq dəyişir.
Bal. əsasən, monofloral və polifloral olmaqla iki yerə ayrılır və monofloral ballar daha çox müalicəvi xüsusiyyətlərə malikdir. Şabalıd, kəkik, şam və sedir balı kimi növlər antioksidant, antibakterial və immunitet gücləndirici təsirləri ilə seçilir. Salgı ballarının glisemik indeksi aşağı olduğundan, düzgün və ölçülü istifadə edildikdə bəzi diabet xəstələri üçün də daha münasib sayılır. Balın faydaları onun düzgün növünün seçilməsi və təbii şəkildə istehsal olunmasından asılıdır. Hər bal növü fərqli orqanlara və sağlamlıq problemlərinə müsbət təsir göstərə bilər. Buna görə də balı şüurlu və normaya uyğun şəkildə istifadə etmək sağlamlıq üçün daha məqsədəuyğundur.
