Dünyanın müxtəlif ölkələrində qüvvədə qalan bəzi qanunlar məntiqə sığmayan və maraq doğuran məqamları ilə seçilib.
Bu qaydaların bir qismi illər əvvəl qəbul edilib və bu gün nadir hallarda tətbiq edilsə də, rəsmi şəkildə hələ də qüvvədə saxlanılıb.
Böyük Britaniyada parlament binasında ölmək qadağan edilib. Bu qayda hüquqi prosedurlarla bağlı problemlərin yaranmaması məqsədi ilə qanunvericilikdə yer alıb.
Fransada donuzlara “Napoleon” adının verilməsi yasaqlanıb. Qanun tarixi dövrdə dövlət rəhbərlərinə hörmətsizliyin qarşısını almaq üçün qəbul edilib.
İsveçrədə gecə saatlarında unitazın çəkilməsi qadağan olunub. Qayda çoxmənzilli binalarda səs-küyün azaldılması məqsədi daşıyıb.
Sinqapurda saqqız çeynəmək və onu ictimai yerlərə atmaq ciddi cərimə ilə nəticələnib. Bu qanun şəhərin təmizliyini qorumaq üçün tətbiq edilib.
Yaponiyanın bəzi şəhərlərində artıq çəkiyə nəzarət edən qaydalar qüvvədə saxlanılıb. Müəyyən yaşdan yuxarı şəxslərin bel ölçüsü yoxlanılıb və normanı aşanlara xəbərdarlıq edilib.
İtaliyanın Venesiya şəhərində göyərçinlərin yemlənməsi qadağan olunub. Qayda tarixi abidələrin qorunması məqsədi ilə tətbiq edilib.
Mütəxəssislər bu cür qanunların ölkələrin hüquqi və mədəni tarixini əks etdirən maraqlı nümunələr olduğunu bildiriblər.
Mənbə: Gunhaber.com.tr
Tərcümə etdi: Aylin Bayraməliyeva
