Bu gün:

Azərbaycan bu il 3 beynəlxalq boks turnirinə ev sahibliyi edəcək


Azərbaycan 2026-cı ildə boks üzrə üç nüfuzlu beynəlxalq turnirə ev sahibliyi edəcək.

24media.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Boks Federasiyası tərəfindən açıqlanıb. Bildirilib ki, yarışlardan biri aprelin 2–8 tarixlərində böyüklər arasında keçiriləcək Böyük İpək Yolu turniri olacaq. Digər turnir 2–8 may tarixlərində U-17 yaş qrupu üzrə təşkil ediləcək “Heydər Əliyev Kuboku–2026”dır. Üçüncü beynəlxalq yarış isə dekabrın 4–10-da 19 yaşadək boksçular arasında Abbas Ağalarovun xatirəsinə həsr olunacaq.

Qeyd olunan bütün turnirlərin Bakı Boks Mərkəzində keçirilməsi planlaşdırılır.

Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et