Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində müasir nəqliyyat və piyada işıqforları quraşdırılıb.

24media.az-ın məlumatına görə, yeni işıqfor sistemləri Xətai rayonunda Zığ şosesi ilə İnqilab İsmayılov küçəsinin kəsişməsində, “NSZ” qəsəbəsində Rəşid Bağırov və Oktay Vəliyev küçələrinin kəsişməsində, həmçinin Nərimanov rayonunda Azad Hümbətov və Zaur Nudirəliyev küçələrinin kəsişməsində istifadəyə verilib.
Həyata keçirilən bu tədbirlər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılmasına xidmət edir.
Fatimə Hüseynova
