Bu gün:

KXDR hipersəsli raketin sınağını uğurla tamamlayıb


Koreya Xalq Demokratik Respublikasında yeni nəsil hipersəsli raketin sınaq buraxılışının müsbət nəticə verdiyi açıqlanıb.

24media.az AZƏRTAC-a istinadla məlumat verir ki, ölkənin rəsmi KCNA agentliyi sınağın dövlət rəhbərliyi səviyyəsində izlənildiyini bildirib. Yanvarın 4-də səhər saatlarında Yapon dənizi istiqamətində buraxılan raketin uçuş zamanı təxminən 1000 kilometr məsafəni qət etdiyi qeyd olunur.

Məlumatda vurğulanır ki, həyata keçirilən bu buraxılış ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm texnoloji mərhələnin icrasını təsdiqləyib.

KXDR lideri Kim Çen In çıxışında ölkənin hərbi potensialının, xüsusilə hücum xarakterli silah sistemlərinin davamlı şəkildə modernləşdirilməsinin vacibliyini önə çəkib. O bildirib ki, mövcud geosiyasi gərginliklər və beynəlxalq proseslər nüvə çəkindirmə mexanizmlərinin daha yüksək inkişaf mərhələsinə keçməsini zəruri edir.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et