Bu gün:

Bayram günlərində baş verən hadisələrdə ölənlərin sayı açıqlanıb


Bayram günlərini əhatə edən qeyri-iş dövründə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən müxtəlif istiqamətlər üzrə qəza-xilasetmə tədbirləri görülüb.

24media.az AZƏRTAC-a istinadla xəbər verir ki, FHN-in məlumatına əsasən, bu müddət ərzində 230 yanğın hadisəsi ilə bağlı çağırışa çıxış edilib, 46 nəfər köməksiz vəziyyətdən xilas olunub. Eyni zamanda 3 yol-nəqliyyat hadisəsi, 1 intihara cəhd və 3 partlayış faktı üzrə əməliyyatlar aparılıb.

Həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində insanların həyatı qorunub. Ümumilikdə bayram günlərində 8-i azyaşlı olmaqla 81 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, müxtəlif hadisələr nəticəsində isə 6 nəfərin həyatını itirdiyi bildirilib.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et