Bu gün:

Avropada 2026-cı il üçün səyahət tendensiyaları açıqlanıb


Avropada 2026-cı il üçün turizm strategiyası yenilənib. Yeni plan əsas diqqəti məşhur şəhərlərlə yanaşı, az tanınan və inkişaf edən bölgələrə yönəldib.Məqsəd səyahətçilərə daha mənalı, autentik və davamlı təcrübə təqdim etmək olub.

Məlumatda bildirilir ki, mədəniyyət, yerli kulinariya və festivallar turizmin əsas trendləri olacaq. Şəhərlər və regionlar yalnız məşhur məkanları deyil, həm də unikal yerli təcrübələri təqdim edən yeni marşrutları turistlərə açacaq. Ekspertlər bildirirlər ki, bu yanaşma həm iqtisadi balansı qoruyacaq, həm də səyahətçilərə zəngin və yadda qalan təcrübələr qazandıracaq.

Mənbə: Travelandtourworld.com

Tərcümə etdi: Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et