Bu gün:

Rusiyalıların 70%-i ev heyvanlarına sahibdir


VTSİOM-un araşdırmasına görə, vətəndaşların böyük əksəriyyəti (95%) hesab edir ki, ev heyvanları yaşlı insanları tənhalıqdan xilas edir, 89% isə onların uşaqlara məsuliyyət hissini aşıladığına əmindir.

Bununla yanaşı, heyvanların 35%-i birbaşa küçədən evə gətirilir, 28%-i yetişdiricilərdən alınır, yalnız 8%-i isə sığınacaqlardan götürülür. Rusiyalılar heyvanları sığınacaqlara müraciət etməkdən dörd dəfə daha çox küçədən götürürlər.

İnsanların sığınacaqlardan ev heyvanı götürməməsinin əsas səbəbləri kimi heyvanı məzuniyyət zamanı harada saxlamaq problemini (34%) və ona qulluq üçün vaxt çatışmazlığını (22%) göstərirlər.

Sorğuda iştirak edənlərin 56%-i sahibsiz heyvanlar üçün elektron reyestrin yaradılması ideyasını dəstəkləyib və bu cür resursa şəxsi maraq göstərdiklərini bildiriblər.

Mənbə: 35media.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et