Bu həftə sonu İtaliyanın Trento ərazisində “Cheese Rolling Italia” adlı qəribə və əyləncəli yarış keçirilib. Tədbirə minlərlə insan toplaşıb, iştirakçılar şirin və böyük bir pendir təkərinin ardınca sürətlə yamacdan aşağı qaçıblar.

Bu yarış ənənəvi olaraq çox dik, çətin yamacda təşkil olunub və iştirakçılar pendiri tutmağa çalışmaq əvəzinə, ilk olaraq hədəfə çatmağa çalışıblar. Pendir təkəri, ümumiyyətlə, çox sürətlə aşağı fırlanıb və bu, hadisəyə adrenalin və bir az da təhlükə qatıb.
Tədbir həm ciddi yarışmacılar, həm də tamaşaçılar üçün əyləncə dolu olub. Burada yalnız pendir üçün deyil, həm də yüngül musiqi, partilər hətta bir neçə digər oyunlar ilə də əyləncəli gün keçirilib.
İştirakçılar yamacdan sürətlə qaçarkən bəziləri balansı itirərək yıxılıb və hamı üçün unudulmaz bir gün olub. Pendir sevənlər və macəra axtaranlar üçün bu, il boyu gözlənilən ən qəribə yarışlardan biri olaraq yadda qalıb.
Mənbə: Garda Outdoors
Tərcümə etdi: Aydan Xudayarova
