Almaniyada sığınacaq üçün müraciət edənlərin sayı ötən il əhəmiyyətli dərəcədə azalıb və bu, ölkədə miqrasiya axınında geriləmə olduğunu göstərir.

24media AZƏRTAC-a istinadla xəbər verir ki, il ərzində Almaniyada ümumilikdə 168 min 543 sığınacaq müraciəti qeydə alınıb. Bu göstərici əvvəlki illə müqayisədə 82 mindən çox azalma deməkdir. Qeyd edək ki, 2023-cü ildə bu rəqəm 351 min nəfəri keçib.
Mütəxəssislər azalmaya miqrasiya siyasətinin sərtləşdirilməsini əsas səbəb kimi göstərirlər. Sərhədlərdə geri göndərmələrin artırılması, ailə birləşməsinin müvəqqəti məhdudlaşdırılması və digər inzibati tədbirlər müraciətlərin sayına təsir edib. Statistikaya əsasən, sığınacaq axtaranlar arasında Əfqanıstan, Suriya və Türkiyə vətəndaşları üstünlük təşkil edir.
Arzu Qafarova
