Bu gün:

12 ay ərzində şəhərin küçələrindən 544 heyvan toplanıb


Novosibirskdə ev heyvanları problemləri üzrə mərkəz 2025-ci ildə sahibsiz it və pişiklərin tutulmasının nəticələri barədə məlumat verib.12 ay ərzində şəhər küçələrindən ümumilikdə 544 heyvan götürülüb.

555 sığınacaq sakini quduzluğa qarşı peyvənd edilib, 433-ü sterilizasiya olunub, 210 heyvan üçün yeni sahiblər tapılıb, 53-ü isə müəyyən edilmiş əvvəlki sahiblərinə qaytarılıb. Ətrafdakılar üçün təhlükə yaratmayan 243 ev heyvanı əvvəlki yaşayış yerlərinə buraxılıb.

İlin sonunda Malıgin küçəsində yeni sığınacağın yerləşdirilməsinə başlanılıb. Xatırladaq ki, bura Akademqorodokdakı dolu volyerlərdən gətirilən itlər yerləşdirilib. Burada müxtəlif səbəblərdən — məsələn, yaşına və ya xroniki xəstəliklərinə görə — küçəyə qaytarıla bilməyən heyvanlar yaşayacaq. Ərazidə təxminən 130 it üçün 32 volyer, həmçinin 20 pişik üçün ayrıca pavilyon tikilib.

Mərkəz il boyu maarifləndirmə işi apararaq novosibirsklilərə ev heyvanlarına məsuliyyətli münasibətin vacibliyini çatdırıb. Bu çərçivədə ictimai fəallarla görüşlər, uşaq bağçaları və məktəblərdə xeyirxahlıq dərsləri keçirilib, ümumilikdə 143 tədbir təşkil olunub.

Mənbə: nsknews.info
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et