Bu il keçiriləcək "Art Dubai 2026" sərgisi üçün hazırlıqlar sürətlə davam edir. Sərgi 17–19 aprel 2026-cı il tarixlərində təşkil olunacaq və müasir, rəqəmsal və XX əsr regional incəsənət nümunələrini bir araya gətirəcək.

Tədbirin proqramı əvvəlki illərlə müqayisədə daha zəngin olacaq. Sərgidə yeni bölmələr və birinci dəfə qatılan sərgiçilər iştirak edəcək. Bu, Dubai və BƏƏ üçün beynəlxalq səviyyədə mədəniyyət və incəsənət mərkəzi kimi tanınmaq baxımından mühüm hadisədir.
Sərgi həm yerli, həm də beynəlxalq sənətçilərə öz əsərlərini təqdim etmək imkanı yaradacaq və ziyarətçilər üçün geniş interaktiv proqramlar nəzərdə tutulub. Tədbir, həmçinin müasir incəsənətin müxtəlif aspektlərini tanıtmaq, kolleksionerlərlə və sənətsevərlərlə əlaqələri gücləndirmək məqsədini daşıyır.
Mənbə: We Art
Tərcümə etdi: Zəhra Məlikova
