Bu gün:

Almatı vilayətində ev heyvanları üçün yem istehsalı zavodu tikiləcək


Almatı vilayətində ev heyvanları üçün yem istehsalı üzrə yeni zavod tikiləcək. Layihəyə 88 milyard tengedən çox investisiya qoyulacaq. Bu barədə Qazaxıstan Respublikası hökuməti məlumat yayıb.

Layihə emaledici sənayenin inkişafı üzrə Prezidentin tapşırıqları çərçivəsində həyata keçirilir. Tikintiyə dair qərarı Baş nazir Oljas Bektənov imzalayıb. Kənd Təsərrüfatı Nazirliyi Konev şəhərində illik 100 min ton məhsul istehsal gücünə malik zavodun tikintisi üçün “Mars Petcare Kazakhstan” MMC ilə müqavilə imzalayıb.

Tikintinin 2030-cu ilin sonuna qədər başa çatdırılması, istehsalın isə 2031-ci il yanvarın 1-dən işə salınması planlaşdırılır. Müəssisədə 200 iş yeri yaradılacaq, onların ən azı 85 faizi Qazaxıstan Respublikasının vətəndaşları üçün nəzərdə tutulub. Eyni zamanda, işçilərin təlimi və ixtisaslarının artırılması təmin ediləcək.

Layihənin icrası Qazaxıstanın emaledici sənayesini gücləndirəcək, yüksək əlavə dəyərə malik yerli məhsulların çeşidini genişləndirəcək və regionda dayanıqlı istehsal bazası formalaşdıracaq.

Mənbə: kz.kursiv.media
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et