Moda tarixində silinməz iz qoymuş məşhur modelyer və dünyəvi cəmiyyətin simvolu olan Qrafina Jaklin de Rib 96 yaşında vəfat edib. “Parisin son kraliçası” kimi tanınan de Ribin ölümü beynəlxalq moda ictimaiyyətində dərin kədər və geniş rezonans doğurub.
Yüksək zövqü, zərif üslubu və moda dünyasına verdiyi töhfələrlə seçilən Jaklin de Rib onilliklər boyu Paris modasının aparıcı simalarından biri olub. O, təkcə dizayner kimi deyil, həm də ilham mənbəyi, kolleksiyaçı və mədəniyyət himayədarı kimi tanınıb.
Moda evləri, dizaynerlər və məşhur simalar sosial şəbəkələrdə onun xatirəsini ehtiramla yad edərək, de Ribin üslubunun və estetik baxışlarının bir dövrü formalaşdırdığını vurğulayıblar. Onun irsi Paris modasının tarixində xüsusi yer tutmaqda davam edəcək.
Mənbə: minval.az
Tərcümə etdi: Şehrin Musayeva
