Dəmir yolu nəqliyyatı sahəsində fəaliyyət göstərən Fransanın “Alstom” şirkəti Meksika ilə iri həcmli yeni müqavilə bağlayıb.
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, razılaşmaya əsasən, şirkət Meksikaya 47 ədəd müasir qatar tədarük edəcək. Müqavilənin ümumi məbləği 20,2 milyard Meksika pesosu təşkil edir ki, bu da təxminən 1 milyard ABŞ dollarına bərabərdir.
Qeyd olunub ki, müqavilə çərçivəsində qatarların istehsalı ilə yanaşı, onların 5 il müddətində texniki xidməti də “Alstom” tərəfindən həyata keçiriləcək. Bu layihə Meksikada dəmir yolu infrastrukturunun yenilənməsinə və sərnişindaşıma imkanlarının genişlənməsinə töhfə verəcək.
Arzu Qafarova
