Bu gün:

“ASAN xidmət” işçilərinin peşə bayramı qeyd olunur


Dekabrın 29-u Azərbaycanda “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd olunur. İlk “ASAN xidmət” mərkəzi 2012-ci ilin bu tarixində fəaliyyətə başlayıb və dövlət xidmətlərinin göstərilməsində yeni mərhələnin əsasını qoyub.


24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu tarix rəsmi peşə bayramı elan edilib. “ASAN xidmət” mərkəzləri dövlət xidmətlərinin şəffaf, operativ və vətəndaş məmnunluğu prinsipləri əsasında təqdim olunmasını təmin edir.

Hazırda ölkə üzrə 28 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir və burada 400-ə yaxın xidmət təqdim olunur. Mərkəzlərə bu günədək milyonlarla vətəndaş müraciəti qeydə alınıb və məmnunluq səviyyəsi 99 faizdən yuxarıdır.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et