Bu gün:

Moskva zooparkına Avstraliyadan yeni heyvanlar gətirilib


Moskva zooparkında Avstraliyadan gətirilmiş üç heyvan məskunlaşıb — iki exidna və bir zolaqlı kuskus. Bu barədə zooparkın Telegram kanalında məlumat verilib.

Exidnalar və kuskuslar gecə fəal olan heyvanlardır. Onlar Avrasiya zooparklarında nadir hallarda saxlanılır və Rusiyadan başqa heç yerdə yoxdur. Heyvanlar yeni mühitə zooloqların nəzarəti altında uyğunlaşırlar.

Zolaqlı kuskus Avstraliyanın tropik meşələrində və Okeaniya adalarında yaşayan iri kisəli heyvandır. Onun sıx tükləri və tutucu quyruğu var, ağaclara çox çevik şəkildə dırmaşa bilir. Demək olar ki, bütün həyatını budaqlarda keçirir və yalnız nadir hallarda yerə enir.

Avstraliya exidnası isə ən qeyri-adi məməlilərdən biridir. Görünüşcə uzun burunlu kirpini xatırladır. Bu heyvan yerin altında ovunun yaratdığı elektrik sahələrini hiss etmək qabiliyyətinə malikdir.

Exidnalar gizli həyat tərzi sürür, vaxtlarının çoxunu burunlarını torpağa soxaraq keçirirlər. Bu heyvan rütubətli meşələrdən tutmuş səhralara qədər müxtəlif landşaftlarda rast gəlinir.

Mənbə: snob.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et