Bu gün:

Məşhur fransız aktrisa Bricit Bardo 91 yaşında vəfat edib


24media.az xəbər verir ki, məşhur fransız aktrisa Bricit Bardo 91 yaşında vəfat edib.

Xəbər France-Presse (AFP) agentliyi tərəfindən aktrisanın adını daşıyan Fondun açıqlamasına istinadən yayımlanıb.

Bricit Bardo 28 sentyabr 1934-cü ildə Parisdə doğulub. Gənc yaşlarından balet və modelliyə maraq göstərsə də, sonra kinoya üz tutaraq tezliklə Fransanın ən tanınmış simalarından birinə çevrilib.

1950–1960-cı illər onun yaradıcılığının zirvə dövrü sayılır. “Və Allah qadını yaratdı” filmi ilə dünya şöhrəti qazanan aktrisa yalnız kino ulduzu deyil, həm də qadın azadlığının simvolu olaraq qəbul edilib.

1973-cü ildə kino karyerasını başa vuran Bardo sonrakı illərdə heyvan haqlarının müdafiəsinə yönəlib və bu məqsədlə “Bricit Bardo Fondu”nu təsis edib.

Bricit Bardo həm sənətdə yaratdığı obrazlarla, həm də sosial fəaliyyəti ilə xatırlanacaq.

Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et