2025-ci il üzrə gənclər və böyüklər arasında keçirilən Taekvondo üzrə Azərbaycan çempionatı və birinciliyi başa çatıb.

24media.az xəbər verir ki, 24–27 dekabr tarixlərində Fövqəladə Hallar Nazirliyinin idman sağlamlıq klubunda təşkil olunan yarış 4 gün davam edib.
Turnirdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin Taekvondo bölməsinin baş məşqçisi Elməddin Vəliyevin rəhbərlik etdiyi RUGİM komandası yarışın qalibi olub.
Ümumi nəticələrə əsasən, Tahsil-RİM komandası ikinci, FHN İSK üçüncü, Əli-Mehdi TK dördüncü, 6 saylı UGİM isə beşinci yerə layiq görülüb.
Talehə Hüseynzadə
