Respublikanın bir sıra dağlıq və dağətəyi rayonlarında qar yağması və hava temperaturunun aşağı düşməsi səbəbindən avtomobil yollarında hərəkət çətinləşib.

24media.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, axşam və gecə saatlarında temperaturun daha da enməsi nəticəsində yollarda gizli buzlaşma yarana bilər. Bu isə yol-nəqliyyat hadisələri riskini artırır.
DYP sürücülərə qış mövsümünə uyğun hazırlıqsız avtomobillərlə, xüsusilə şinləri köhnə, işıqlandırma və isitmə sistemi nasaz nəqliyyat vasitələri ilə riskli istiqamətlərdə hərəkət etməməyi tövsiyə edir. Körpülərdə, sərt döngələrdə, enişli-yoxuşlu və buzlaşmaya meyilli yollarda daha diqqətli olmaq çağırışı edilir.
Sərnişindaşıma ilə məşğul olan şəxslərə isə axşam və gecə saatlarında mümkün olduqda alternativ və daha təhlükəsiz marşrutlardan istifadə etmələri tövsiyə olunur.
Talehə Hüseynzadə
