Bu gün:

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib


Hazırda Bakıda hökm sürən yağışlı hava şəraiti səbəbindən Zığ dairəsi–Hava Limanı avtomobil yolunun bəzi zolaqlarında sürət həddi 20 km/saatadək azaldılıb.24media.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumata görə, yaranmış vəziyyətlə əlaqədar olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib. Eyni zamanda bütün elektron tablolarda “sürüşkən yol” xəbərdarlıq nişanı yerləşdirilib. Sürücülərə müəyyən edilmiş sürət həddinə riayət etmələri tövsiyə olunur.

Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et