Azərbaycanın ABŞ-dəkı səfirliyi Texas və ətraf ştatlarda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir zamanı 50-dən çox Azərbaycan vətəndaşı ümumvətəndaş pasportunun yenilənməsi, “Qayıdış Şəhadətnaməsi”nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatına alınma və müxtəlif notariat hərəkətləri ilə bağlı müraciətlər edib.
Qeyd olunub ki, səyyar konsulluq xidməti xaricdə yaşayan vətəndaşların konsulluq xidmətlərinə çıxışını asanlaşdırmaq, onların müraciətlərini operativ və yerində həll etmək məqsədi daşıyır. Bu cür xidmətlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Arzu Qafarova
