Bu gün:

Kəlbəcərdə qar örtüyünün hündürlüyü 35 santimetrə çatıb


Dekabrın 28-də gecə saatlarından etibarən Kəlbəcər rayonunda intensiv qar yağışı müşahidə olunur. Yağıntı xüsusilə dağlıq ərazilərdə güclü olub və qış şəraitini daha da sərtləşdirib.


24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, yerli sakinlərin verdiyi məlumata görə, Kəlbəcər şəhərində qarın hündürlüyü təxminən 15 santimetrə çatıb. Yüksək dağlıq ərazilərdə isə qar örtüyü 35 santimetrdən artıqdır.

Bildirilib ki, hazırda havanın temperaturu mənfi 2 dərəcədir. Qar yağışı ilə əlaqədar olaraq sürücülərə ehtiyatlı olmaları, dağ yollarında hərəkət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmələri tövsiyə olunur.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et