Samara vilayətinin Koşkinski rayonunun Yumratka kəndində, regional mərkəzdən 160 km məsafədə, heyvanlar arasında quduzluq ocağı aşkar edilib. Yerli təsərrüfatın ərazisində qubernatorun göstərişi ilə sərt karantin rejimi tətbiq olunub.

Məhdudlaşdırıcı tədbirlər təsərrüfatın öz ərazisində və onun ətrafındakı iki kilometrlik zonada tətbiq olunur. Bu müddət ərzində kənar şəxslərin əraziyə daxil olması, heyvanların daşınması (yalnız peyvənd olunmuş və ya kəsimə göndərilən heyvanlar istisna olmaqla), ovun aparılması, həmçinin heyvanların iştirakı ilə yarmarkaların və sərgilərin keçirilməsi qadağan edilib. Karantin ən azı 60 gün müddətində qüvvədə olacaq və bu vaxt ərzində bütün şübhəli heyvanlar zərərsizləşdiriləcək, eyni zamanda epizootiyaya qarşı tədbirlərin tam kompleksi həyata keçiriləcək.
Mənbə: sgpress.ru
Tərcümə etdi: Aysel Mehtizadə
