Bu gün:

"Harry Potter"in pərdə arxasında baş vermiş maraqlı hadisələr


Harry Potter seriyası indiyə qədər ən çox gəlir əldə edən filmlərdən biridir. Əslində, "Ölüm Yadigarları"nın ikinci hissəsi də bütün zamanların ən çox gəlir gətirən əlli filmi arasına daxil olub. Keçən ilin noyabrında Harry Potter filmlərini serial şəkildə yenidən çəkəcəklərini açıqlamışdılar. Əlbəttə ki, film çəkmək, xüsusən də, Harri Potter kimi yeni bir dünya yaratmaq asan məsələ deyil. Məzmunumuzda sevimli Harry Potter aktyorlarının serial çəkilişləri zamanı hansı çətinliklərlə üzləşdiklərini, yaşadıqları maraqlı hadisələri bir araya topladıq.

Alan Rikmanın linza taxdığını bilən rejissor şoka düşüb. 

“Alov Qədəhi”nin rejissoru Mayk Nyuell Rikmanın Sneyp rolu üçün qara linzalar taxdığını bilmirdi. Rikman aktyorun özünəməxsus göz rəngini təriflədikdən sonra rejissorun qarşısında linzalarını çıxarıb. Həmin an rejissorun üz ifadəsini təsəvvür etmək mümkündür. 

Qriffindor və Slizerin arasında münaqişələr rejissor səhnəni kəsdikdən sonra da davam edirdi. 

Tom Felton bildirib ki, uşaq aktyorlar çəkiliş meydançasında qruplar yaradırdılar. Bir qrupda Daniel, Emma və Rupert digərində isə Tom və digər Slizerinlər var idi. Komanda bir-biri ilə qarışmaq fürsətindən heç vaxt geri çəkilməzdi. Tom Felton bir dəfə Emma Watsonu az qala ağlatdığını etiraf edərək, bundan xəcalət çəkdiyini bildirib.

Aktyorlar səhv bir iş görsələr, cəzalandırılırdı.

Çəkiliş meydançasında bir çox gənc aktyorlar həmişə özlərini yaxşı aparmadığından, komanda bu vəziyyətin həlli kimi qırmızı vərəqə sistemini yaratdı. Qırmızı vərəqə alan şəxs cəzalandırılırdı. Emma Watson yalnız bir dəfə qırmızı vərəq görüb. Əsas səbəb isə son filmdə Luna Lavqudun atası ilə çəkdirdikləri səhnədə gülməkdən özünü saxlaya bilmədiyi üçün idi.

Luna Lavqud obrazını canlandıran Evanna Linç çəkiliş meydançasında görünməkdən qorxurdu.

Linç "Feniks ordeni" filmində Harri Potterin heyətinə qatılmışdı. Əvvəllər serialın böyük pərəstişkarı olduğu üçün ilk setində olduqca gərgin idi. O, hətta baş qəhrəmanları canlandıran aktyorlarla danışmağı da məşq edib. Evanna Emma Watsonun ona inanılmaz dərəcədə mehriban olduğunu və özünü rahat hiss etdirməyə çalışdığını qeyd etmişdi. 

Helen McCory əvvəlcə Bellatrix rolu üçün nəzərdə tutulmuşdu. 

Narcissa Malfoy rolunu oynayan aktrisa Helena McCrory Bellatrix Lestrange olmalı idi, lakin onun hamiləliyi rolun Helena Bonham Carterə keçməsinə səbəb oldu.

Lucius Malfoy rolunu oynayan aktyor ekranda daha çox vaxt istəyib.

Jason Isaacs Joanne Rowlingə yalvardı ki, obrazını həbsdən çıxartsın. Bildiyiniz kimi, Lüsius Azkabanda həbs edilib və altıncı filmdə orada qalmalı olmuşdu. Lakin aktrisa son filmə çəkilməyi o qədər çox istəyirdi ki, bunu müəllifə dəfələrlə deyib. Beləliklə, o, son iki filmdə çəkilməyə layiq olmuşdu. 

Radcliffe çəkiliş meydançasına Kemeron Diazın şəklini gətirib.

O, Tom Feltonun Kviddiç çəkilişindən gülməli anı paylaşıb. Rejissor aktyorlardan düzgün istiqamətə baxa bilmələri üçün top əvəzinə istifadə edə biləcəkləri şəxsi əşyalar gətirmələrini xahiş edib. Tom balıq şəklini gətirərkən, Daniel Radcliffe isə Cameron Diazın şəklini gətirmişdi.

Mənbə: Onedio

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et