Gələn il dövlət büdcəsində ödənişsiz hüquqi yardımın maliyyələşdirilməsi üçün 9 milyon manat vəsait ayrılması planlaşdırılır

24media.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 Dekabr – Vəkil Günü peşə bayramı münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına yeni qəbul olunan vəkillərin andiçmə mərasimində çıxışı zamanı məlumat verib.
Anar Bağırov bildirib ki, 2025-ci il ərzində vəkillərə 34 min 73 qərar əsasında ümumilikdə 5 milyon 999 min manat məbləğində ödəniş həyata keçirilib.
Fatimə Hüseynova
