Bu gün:

ABŞ-də küləklə işləyən pilotsuz yük gəmisi hazırlanır


ABŞ-də avtonom texnologiyalar əsasında yeni yük gəmisi hazırlanır. Külək enerjisi ilə işləyəcək bu pilotsuz gəmi dəniz daşımalarında ekoloji və texnoloji yenilik kimi qiymətləndirilir.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, layihə ABŞ-in dəniz robototexnikası sahəsində fəaliyyət göstərən “Clippership” şirkəti tərəfindən həyata keçirilir. Uzunluğu 24 metr olan gəmi karbon kompozit materialdan hazırlanmış qatlanan sərt qanadlarla təchiz olunacaq və ənənəvi yelkənlərə nisbətən daha yüksək səmərəlilik təmin edəcək.

Gəmi memarlığı üzrə tanınmış “Dykstra Naval Architects” və “Glosten” şirkətlərinin iştirakı ilə hazırlanan layihənin tikintisi Niderlandda aparılacaq. Malta bayrağı altında istismar olunacaq pilotsuz yük gəmisinin 2026-cı ilin sonunda suya buraxılması və Atlantik okeanı üzrə sınaqlardan keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi dəniz daşımalarında tullantıların azaldılması və kiçikhəcmli yüklər üçün dayanıqlı logistikanın inkişafıdır.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et