Dekabrın 26-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Qazaxıstanın paytaxtı Astana şəhərində qurumun hazırkı sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovla görüş keçirib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı Ramil Həsən TÜRKPA-nın son dövrdə həyata keçirdiyi fəaliyyətlər, eləcə də Beynəlxalq Katiblik tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. O, müxtəlif ölkələrə etdiyi rəsmi səfərlər, parlament sədrləri və xarici işlər nazirləri ilə keçirilən görüşlər, həmçinin Cenevrədə baş tutan Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında TÜRKPA-nın iştirakı barədə danışıb.
Eyni zamanda, 2026-cı il üçün hazırlanmış İş Planı layihəsi və gələn il Avrasiya məkanında parlament diplomatiyasına həsr olunmuş beynəlxalq konfransın təşkili ideyası diqqətə çatdırılıb. Yerlan Koşanov görülən işləri yüksək qiymətləndirib, Baş katibə təşəkkürünü bildirib və yaxın dövrdə Azərbaycana planlaşdırılan səfəri çərçivəsində TÜRKPA Katibliyini ziyarət etmək niyyətini ifadə edib.
Arzu Qafarova
