Bu gün:

COP31-in Prezidenti elan edilib


Türkiyədə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) rəhbərlik edəcək şəxs müəyyənləşib.

24media.az, AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarla ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum COP31-in Prezidenti təyin olunub.

Rəsmi məlumata əsasən, konfrans 2026-cı il noyabrın 9-dan 20-dək Antalyada, EXPO sərgi kompleksində keçiriləcək. Bildirilib ki, tədbir çərçivəsində qlobal iqlim problemlərinə qarşı daha təsirli və konkret addımların atılması hədəflənir.

Türkiyə tərəfi COP31-in yüksək səviyyədə təşkili üçün bütün zəruri hazırlıqların görüldüyünü və beynəlxalq iştirakçıları Antalyada qəbul etməyə hazır olduqlarını bəyan edib.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et