İngiltərədən olan 261 it və pişik sahibinin iştirakı ilə aparılan sorğu göstərib ki, sosial narahatlığı olan insanlar ev heyvanlarına daha tez-tez qısqanclıq, qürur, günahkarlıq və utanc kimi mürəkkəb insani duyğular aid edirlər. Bu hal antropomorfizm adlanır, yəni heyvanlara insanlara məxsus hisslərin verilməsi və bu xüsusilə sosial əlaqələr zəiflədikdə daha çox müşahidə olunur.

Emosional dəstək üçün ev heyvanlarına üz tutan sahiblər onlarda təkcə əsas hissələri deyil, həm də özünü dərk etmə əlamətlərini daha çox görürlər. İtlər adətən pişiklərdən daha emosional qəbul olunur, yaşlı insanlar isə onlarda xüsusilə sevgi və empatiya görürlər. Sahiblərin 40 %-dən çoxu xüsusən də tənha olduqda insanlarla eyni səviyyədə emosional dəstək aldıqlarını bildirirlər.
Araşdırmada sosial əlaqələr və ünsiyyətdə narahatlıq dərəcəsi qiymətləndirilib. Uşağı olmayan insanlar heyvanları daha çox əsas yoldaş kimi qəbul edirlər. Tənhalıq artdıqca antropomorfizm güclənir və ev heyvanı “dost”a çevrilir.
Bu cür yanaşma stressi azaltmağa kömək edə bilər, lakin bəzən heyvanın ehtiyaclarının səhv başa düşülməsi qulluqda səhvlərə səbəb ola bilir.
Mənbə: gismeteo.ru
Tərcümə etdi: Aysel Mehtizadə
